02
03
04
05
01
  • “Azərbaycan Geoloqu” jurnalı 28-ci buraxılışı

    Hörmətli oxucular, “Azərbaycan Geoloqu” jurnalının 28-ci sayı nəşr olunub. Jurnalın onlayn versiyası tezliklə rəsmi veb-saytımızda istifadəyə veriləcək. Bundan əlavə, Scopus-da indeksləşdirilmiş versiyaya aşağıdakı Scopus veb-keçidi vasitəsilə daxil olmaq mümkündür: https://www.scopus.com/sourceid/2110129590

    ətraflı

  • 11.02.2026 İdarə Heyətinin iclası

    Hörmətli izləyicilər,Bildirmək istərdik ki 11.02.2026 tarixində SOCAR-da NGC İB-nin İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Bu iclasda çox mühüm mövzular müzakirə olunmuş, qərarlar alınmışdır.Belə ki, ilk növbədə 2025-ci ilin illik hesabatı təqdim olunmuş, daha sonra isə 2026-cı ilin fəaliyyət proqramı nümayış edilmişdir. O cümlədən, aprelin 18-19 keçiriləcək XXX Beynəlxalq Tələbə, Gənc mütəxəssislər Konfransı və Akademik Ə.…

    ətraflı

  • Akademik Ə.Əlizadənin 115-ci ildönümünə həsr olunmuş XIV Respublika Konfransı

    ətraflı

  • XXX Beynəlxalq Tələbələr və Gənc mütəxəssislər Konfransı

    ətraflı

  • SƏRHƏDLƏRİ AŞARAQ: SPG VƏ EAGE LOCAL CHAPTER AZERBAYCAN TULUZA-DA, QLOBAL YER ELMLƏRİNİN MƏRKƏZİNDƏ

    SƏRHƏDLƏRİ AŞARAQ: SPG VƏ EAGE LOCAL CHAPTER AZERBAYCAN TULUZA-DA, QLOBAL YER ELMLƏRİNİN MƏRKƏZİNDƏ EAGE Annual 2025-də SPG və EAGE-nın Azərbaycan Yerli Şöbəsinin iştirakı – Qısa icmal SPG və EAGE Local Chapter Azerbaijan 2–5 iyun 2025 tarixlərində Fransanın Tuluza şəhərində keçirilən EAGE İllik Konfrans və Sərgisində fəal iştirak edib. Komanda texniki sessiyalarda iştirak edib, beynəlxalq geologiya…

    ətraflı

  • “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi 2025-ci ilin ilk rübündə iki seminar keçirmişdir.

    “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi (“NGC” İB) cari ilin ilk rübündən başlayaraq tələbələrimiz üçün seminarlar təşkil etmişdir. “NGC” İB-nin sədr müavini, Yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov “Education and Training Services” MMC, SEG (Geofizika Mühəndisləri Cəmiyyəti) Tələbə bölməsi, ADNSU-nin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ardıcıl seminarlara başlamışdır. ADNSU və UFAZ-da keçirilən seminarların mövzusu “Hədəf,…

    ətraflı

  • “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi 2025-ci ilin ilk rübündə ümumi iclası keçirmişdir

    7 fevral 2025-ci il tarixində, Akif Nərimanovun rəhbərliyi altında, “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilmişdir. İclasda, 2024-cü ilin fəaliyyətinə dair hesabat dinlənilmiş və müsbət qiymətləndirilmişdir. Daha sonra, 2025-ci ilin fəaliyyət proqramı geniş müzakirə olunmuşdur. Həmçinin, cəmiyyətin nəşr etdiyi “Azərbaycan Geoloqu” jurnalının SCOPUS məlumat bazasına qəbul edilməsi xəbəri böyük məmnuniyyətlə qarşılanmışdır. Jurnala elmi…

    ətraflı

  • Şəfayət Mehdiyev yubileyi

    ətraflı

“Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin elmi bülleteni olan “Azərbaycan Geoloqu” jurnalı 1997–ci ildə təsis olunub və 30 aprel 1997–ci ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçirilib (şəhadətnamə N591).

Jurnalın Beynəlxalq qeydiyyat N İSSN 2410-4264.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atetestasiya Komisiyasının qərarı ilə Jurnal namizədlik və doktorluq dissertasiya işlərinin nəticələrinin çap olunmalı elmi nəşlərin siyahısına daxil edilmişdir.

Jurnal ildə 1 yada 2 dəfə çap olunur. 01.01.2017–ci ildə cəmi 20 nömrəsi çapdan çıxıb.

Jurnalın ilk baş redaktoru elmlər doktoru, professor Fikrət Babayev olub.

1999–cu ildən 15 il ərzində jurnalın baş redaktoru elmlər doktoru, professor, AMEA–nın müxbir üzvü Bağır Bağırov olub. 2014–cü ildən başlayaraq baş redaktor elmlər doktoru Akif Nərimanovdur.

“Azərbaycan Geoloqu” jurnalının tərkib məqalələrini idarə edən Beynəlxalq Redaksiya Heyetidir. Redaksiya heyetində müxtəlif illərdə bir sıra tanınmış xarici alimlər və mütəxəssislər iştirak ediblər, o cümlədən:

Con Villot (ABŞ), Canfranko Rinaldi(ABŞ), Unal Bayram (Türkiyə), Con Dolson(ABŞ), Vitaliy Oqar (Ukrayna), Viktor Oqar(Ukrayna), Qreq Rayli (UK), Qabor Tari (Avstriya), Georgiy Georgiyev ( Bolqarıstan), Entoni Spenser ( Norvec), Rey Leonard(ABŞ), Xilmar Rempel (Almaniya).

Azərbaycan alimlərindən Xamis Yusifov, Çingiz Xəlifəzadə, Firudin Hacıyev, Rahib Rəhmanov, Vaqif Qurbanov, Əhməd Salmanov Redaksiya heyətində olublar. Üç nəfər isə: Rəşid Cavanşir, İbrahim Quliyev və Akif Nərimanov artıq 20 il ərzində üzv olaraq qalıllar.

Redaksiya heyətinin məsul katibləri Arzu Cavadova, Samirə Nəzərova və Şəlalə Hüseynova olublar.

Bu günə olan Beynəlxalq Redaksiya Heyəti aşağıda göstərilən kimidir.

Əlaqə tel: (050) 3705453
E-mail: huseynova_shalala@yahoo.com
“Azərbaycan Geoloqu” elmi bülletendə ilk növbədə Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin üzvlərinin məqalələri çap olunub.

Çap olma qaydaları aşağıda verilib.

Scroll to Top