Elanlar
-
“Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi 2025-ci ilin ilk rübündə iki seminar keçirmişdir.
“Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi (“NGC” İB) cari ilin ilk rübündən başlayaraq tələbələrimiz üçün seminarlar təşkil etmişdir. “NGC” İB-nin sədr müavini, Yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov “Education and Training Services” MMC, SEG (Geofizika Mühəndisləri Cəmiyyəti) Tələbə bölməsi, ADNSU-nin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ardıcıl seminarlara başlamışdır. ADNSU və UFAZ-da keçirilən seminarların mövzusu “Hədəf,…
-
“Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi 2025-ci ilin ilk rübündə ümumi iclası keçirmişdir
7 fevral 2025-ci il tarixində, Akif Nərimanovun rəhbərliyi altında, “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilmişdir. İclasda, 2024-cü ilin fəaliyyətinə dair hesabat dinlənilmiş və müsbət qiymətləndirilmişdir. Daha sonra, 2025-ci ilin fəaliyyət proqramı geniş müzakirə olunmuşdur. Həmçinin, cəmiyyətin nəşr etdiyi “Azərbaycan Geoloqu” jurnalının SCOPUS məlumat bazasına qəbul edilməsi xəbəri böyük məmnuniyyətlə qarşılanmışdır. Jurnala elmi…
-
Şəfayət Mehdiyev yubileyi
Sizə Cəmiyyətin Mart ayının fəaliyyəti haqqında məlumat vermək istəyirəm.
Martın 9–da “Əla təhsil neftçıxarmada müvəffəqiyyətin rəhnidir“ adlı tələbə və doktorontların
Beynəlxalq konfransına görə ilk təşkilat iclası keçirilmişdi.
İclasda bir cox məsələlərə toxunduq. Hətta biz qeyd etdik ki, hər ölkədən hər iki ilk tələbənin xərclərini ANGC –
öz üzərinə götürür. Konfrans ( 20- 23 ) dörd günlük olması planlaşdırılır.
Konfrans iki dildə İngilis və Azərbaycan dillərində olacaq.
Bir gün tamamilə Azərbaycan dilində çıxışa həsr olunacaq. Iki gün ingilis dilində çıxış olacaq.
Rusiyanin, Ukraynanın, Qazaxıstanın, Gürcüstanın, Türkiyənin profilli Universitetlərə, Geoloji Cəmiyyətlərə
və Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Bolqarıstan, Çexiya, Avstriya, Fransa, İngiltərə,
Polşa, Macarıstan kimi ölkələrin səfirliklərinə Beynəlxalq konfransa görə müraciət olunub.
Rəhbərlik Komitəsinin Qərarına əsasən aprelin 20–si Schlumberger, Halliburton, Baker Hues kimi şirkətlər də
müasir texnologiya və texniki avadanlıqlarla tanış olması üçün bir qrup ingilis dilli tələbənin qəbulu üçün məktub göndərilib.
“Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin“ 19–saylı elmi bülleteni mart ayında çapa verilib.
2016–cı ildə elan olunmuş 2000 məbləğ qrantına təklif verilib. Təklifə baxılır.
Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Nəriman Nərimanov və SABAH mərkəzinin koordinatoru Vüsalə Ağayeva
3-4 Mart 2016-ci il tarixlərində keçirilmiş “European Oil and Gas industry history” adlı konfransa
“Geology and geodynamics characteristic of the oil and gas field and history of oil production, Azerbaijan” adlı
məruzənin tezisini göndərmişdilər. Həmin tezis konfrans komitəsi tərəfindən qəbul olunmuşdu.
Məruzəçi Vüsalə Ağayevanın Yol və qeydiyyat haqqı Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti tərəfindən ödənilmişdi.
ADNSU qəzetində ANGC yaranması haqqında məqalə yerləşdirilmişdi.





