Elanlar
-
“NEFT-QAZ SƏNAYESİNİN GƏLƏCƏYİ VƏ YAŞIL ENERJİ STRATEGİYASI”
Neft-qaz sənayesinin prioritet istiqamətləri üzrə gələcək inkişafı və trendlərin təhlili barədə təşkil olunmuş seminar sənayedə, çalışan gənc mütəxəssislər, tələbələr, gənc alimlər üçün nəzərdə tutulmuşdur. Məruzəçilər: “Uğur Açarı” kitabının təqdimatı – Dr. Elvin Əhmədov Müasir neft platformalarında hasilat əməliyyatları – Sevindik Süleymanov (BP şirkəti) Azərbaycanda neft-qaz yataqlarının 3D modelləşdirilməsinin gələcəyi – Anar İbrahimov (SOCAR Baş ofis)…
-
19-20 Aprel, 2024
“NEFTÇI GEOLOQLARI CƏMIYYƏTI” İB VƏ AVROPA YER ELMLƏRİ ALİMLƏRİ VƏ MÜHƏNDİSLƏRİ ASSOSİASİYASININ AZƏRBAYCAN BÖLMƏSİ İLƏ BİRLİKDƏ “ƏLA TƏHSİL-NEFTÇIXARMADA MÜVƏFFƏQİYYƏTİN RƏHMİDİR” ADLI XXVIII BEYNƏLXALQ TƏLƏBƏ VƏ GƏNC TƏDQİQATÇILAR KONFRANSI 19-20 APREL 2024 BAKI, AZƏRBAYCAN Konfrans mövzuları: Tezis göndərmək üçün e-poçt ünvanları : secretaryofaspg@gmail.com and eagelcazerbaijan@gmail.com Tezislərin verilməsi üçün son tarix:29 March 2024 Daha ətraflı…
-
17 Fevral, 2024
Geolayihələrin İdarə Olunması Qeydiyyatdan keçmək üçün: secretaryofaspg@gmail.com
-
19-20 Aprel, 2024
Society of Petroleum Geologists and EAGE Local Chapter Azerbaijan Together organize the 28th International Conference of Students
Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (ANGC) geologiya elminin tərəqqisinə, bu sahədə qabaqcıl elmi məlumatın yayılması və mütəxəssislərin elmi səviyyələrinin artırılmasına kömək etmək məqsədilə birləşən geoloqların peşəkar qeyri-kommersiya təşkilatıdır.
ANGC təsis olunması 1993-ci ilin mart ayının 3-də 23 nəfərdən ibarət heyyətdə (Şəkil) bu ideyanı irəli sürmüş AMOKO-nun məsul işçisi cənab Con Dolsonun iştirakı ilə keçirilən iclasda rəsmi surətdə elan edilmişdir.
1994-cü ilin iyun ayında ABŞ-ın Kolorado ştatının Denver şəhərində, «House of delegates» iclasında Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin (ANGC) nümayəndələri rəsmi şəkildə iştirak etdilər.
Elə həmin iclasda Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti Amerika Neftçi Geoloqlar Assosiasiyasının rəsmi Azərbaycan Bölməsi kimi təsdiq edildi.( Amerika Neftçi Geoloqlar Assosiasiyası 1917-ci ildən fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrində 40-dan artıq bölməsi mövcuddur.)
1996-cı ilin dekabr ayında ANGC-i Avropa Yer elmləri Alimləri və Mühəndisləri Assosiasiyası ilə birgə əməkdaşlıq haqqında saziş imzalamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti 20 illik bir dövrdə Azərbaycanda aktiv fəaliyyət göstərən qeyri-dövlət
təşkilatlarından biridir. Cəmiyyətdə iş planlı şəkildə mütəmadi olaraq ardıcıl və çox intensiv gedir.
Bunun nəticəsidir ki, ardıcıl olaraq üç il-2010, 2011, 2012-ci illərdə ANGC-i öz aktiv fəaliyyətinə görə Avropa geoloji
cəmiyyətləri arasında ikinci yeri tutub. 2013-ci ilin nəticələrinə görə 1-ci yerə layiq görülüb.
Cəmiyyətin SOCAR-n Baş Ofisində,“28 May” ad. NQCİ, “Neft Daşları” NQCİ, Kompleks Qazma İşləri Tresti, “Azneft” İB-nin aparatı,
“Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, ARDNŞ-ın Geologiya və Geofizika İdarəsində və BP-Azərbaycan
şirkətində bölmələri fəaliyyət göstərir. Hazırda cəmiyyətin 260-dan çox üzvü var. Bununla yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən
xarici şirkətlər, o cümlədən BP (Böyük Britaniya), Total (Fransa), Statoil (Norveç), Şlumberge (Fransa), GDF SUEZ ( Fransa),
Weatherford və SOCAR korporativ üzv kimi Cəmiyyətdə fəaliyyət göstərirlər.
Amerika Neftçi Geoloqlar Assosiasiyasının bölməsi olduğumuz üçün Assosiasiyasının fəaliyyəti haqqında gündəlik məlumat bizə göndərilir. Odur ki, geologiya sahəsində bütün elmi yeniliklərdən məlumatımız olur. Eyni zamanda Amerika Neftçi Geoloqlar Assosiasiyasında bizim Cəmiyyətin nümayəndəsi var idivə o, bütün tədbirlərində iştirak edirdir.
Cəmiyyətin öz fəaliyyət dairəsində Respublikanın ali təhsil müəssisələrində geologiya fakültəsində təhsil alan tələbələrlə işi əsas istiqamətlərindən biri hesab edir və çalışır ki, “neft geologiyası” sahəsində yüksək səviyyədə təhsil almış kadrların hazırlanmasında yaxından iştirak etsin. Bu məqsədlə Cəmiyyətin nəzdində “Geologiya məktəbi”, “Gənc geoloq” və s. bölmələr yaradılmışdır ki, burada da müxtəlif elmi və praktiki tədbirlər həyata keçirilir.
Amerika mütəxəssislərinin fikrincə birinci yerdə ABŞ-da, ikinci yerdə isə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan tələbələr dururlar. Təsadüfü deyil ki, ADNA-nın rəhbərliyi dəfələrlə Geoloji-kəşfiyyat fakültəsinin ən yüksək göstəricilərə malik olduğunu söyləmişlər. Bu göstəricilərə nail olunmasında Cəmiyyətin əməyi də az deyil. Cəmiyyət həmişə çalışmışdır ki, fərqlənən tələbələri yüksə təqaüd, mükafat və hədiyyələrlə təltif etsin, onların ən istedadlılarını isə xaricə təkmilləşmə kurslarına göndərsin.
Bunların hamısı ona görədir ki, tələbələrin öz bilik səviyyələrini artırmağa və öz sahələrində bacarıqlı mütəxəssis olmağa çalışsınlar. Bununla yanaşı Cəmiyyət tərəfindən hər il təşkil olunan səyyar-təcrübi məşğələlərin tələbələrə öz ixtisas istiqamətlərini seçməkdə çox böyük köməkliyi olmuşdur.
ANGC tələbələri və gənc mütəxəssisləri dəstəkləmək məqsədlə artıq 20 ildir ki, hər il tələbələrin, magistrantların və aspirantların qatıldığı Tələbə Elmi Konfransı keçirir.
Konfransın nəticələrinə əsasən tələbələrə qiymətli hədiyyələr, həvəsləndirici mükafatlar təqdim olunur.
Mütəmadi olaraq xarici ölkələrdən dəvət olunmuş alimlərin mühazirələri təşkil olunur.
Tələbələrin praktiki biliklərə yiyələnməsi məqsədilə müxtəlif müəssisələrə ekskursiyalar və çöl ekskursiyaları keçirilir.
ANGC həmişə tələbələrə fəal kömək etmiş, onlar üçün həm Azərbaycanın görkəmli mütəxəssislərini, həm də xarici mütəxəssisləri dəvət etməklə sistemli şəkildə elmi seminarlar və treninqlər keçirmişdir. Bununla yanaşı gənc alimlərin xaricdə keçirilən elmi konfranslara getməsinə, orada çıxış edərək öz bilik və bacarıqlarını göstərmələrinə Cəmiyyət həmişə şərait yaratmışdır.
Gənc alimlərin, mütəxəssislərin və hazırlıqlı kadrların yetişdirilməsində Cəmiyyətin rolu az deyil. Cəmiyyət nəşriyyat sahəsinə də çox diqqət verir. Belə ki, il ərzində Cəmiyyətin köməkliyi ilə monoqrafiyalar, dərsliklər, termin lüğətləri və diqər vəsaitlər nəşr olunmuşdur.
1995-ci ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin bülleteni”, 1997-ci ildə isə “Azərbaycan geoloqu” elmi jurnalı təsis edilmişdir.
22 illik fəaliyyəti dövründə ANGC 11 beynəlxalq, 10 regional konfransın təşkilatçısı və aparıcısı olub. Bu konfranslarda iştirak etmək üçün ANGC-nin təşkilatçılığı ilə Bakiya geologiya sahəsində ən görkəmli alimlər gəlmişlər.
“Azərbaycan geoloqu” elmi jurnalının redaksiya heyyətində Azərbaycan alimləri ilə yanaşı xarici mütəxəssislər də var. Bunlardan Georgi Georgiyev (Sofiya universiteti), Hilmar Rempel (Almaniya), Qreq Rayli (Böyük Britaniya) və Entoni Spenser (Statoil şirkəti) göstərmək olar.
22 illik fəaliyyəti dövründə ANGC 11 beynəlxalq, 10 regional konfransın təşkilatçısı və aparıcısı olub. Bu konfranslarda iştirak etmək üçün ANGC-nin təşkilatçılığı ilə Bakiya geologiya sahəsində ən görkəmli alimlər gəlmişlər.
Misal kimi göstərmək olar ki, Xedber (konfrans bu alimin adı ilə adlandırılmışdır) konfransında Azərbaycanlı alim və mütəxəssislərlə yanaşı Avstriya, Əlcəzair, Bolqariya, Böyük Britaniya, Almaniya, Hollandiya, İran, Türkiyə, İsrail, Qazaxstan, Liviya, Malayziya, Norveç, Rusiya, Rumınya, ABŞ, Fransa, Ukrayna, İsvecrə və Cənubi Koreyadan nümayəndələr iştirak etmişdir.
2012-ci ilin oktyabr ayında Bakıda “Hilton” otelində ANGC-nin təşkilatçılığı ilə “Karbohidrogen resurslarının axtarışına kompleks yanaşma” ya həsr olunmuş VIII beynəlxalq konfrans çox yüksək səviyyədə keçirildi.
2 gün davam edən konfransda 270 nəfər iştirak edirdi. Bunlardan 70 nəfəri xarici dövlətlərdən gəlmiş mütəxəssislər və tələbələr idi. Bundan başqa konfransda Azərbaycanda fəaliyyət göstərən 40-dan çox şirkətin nümayəndəsi iştirak edirdi.
2015-ci ilin noyabr ayında isə Feyrmont Bakı otelində növbəti beynəlxalq Konfransın “Neft və qaz kollektorları haqqında biliklərin artırılması – hasilat üzrə proqnozun etibarlılığı” ugurlu keçirilməsinə nail oldu.
O ki, qaldı regional konfranslara Cəmiyyət belə konfransları çox yüksək səviyyədə hazırlayır və keçirir. Son Konfranslar 2010-cu ildə Azərbaycanın görkəmli geoloq-alimlərindən biri olan akademik Şəfaət Mehdiyevin, 2011-ci ildə isə paleontologiya, geotektonika və neft geologiyası elminə böyük nəticələr bəxş edən akademik Əliəşrəf Əlizadənin 100 illik yubileylərinə həsr olunmuş regional konfranslar çox yüksək səviyyədə keçirilmişdir.
Hər iki konfransın materialları “Azərbaycan geoloqu” jurnalının 2010-cuil 14 və 2011-ci il 15 saylı nömrələrində nəşr olunmuşdur.
Öz fəaliyyətinin 22 illik dövrü ərzində ANGC qarşısında qoyduğu bütün məsələləri layiqincə yerinə yetirmişdir. Cəmiyyətin qarşısında qoyduğu məqsədlərdən biri də Azərbaycanda “Geoloji park”ın yaradılmasıdır. Hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən gələcək “Geoloji park”ın yerində qoruğun açılmasına baxılmış və təsdiq olunmuşdur. Hazırda ARDNŞ Bibi-Heybət ərazisində, 1847-ci ildə dünyada ilk dəfə texniki üsulla neft quyusunun qazıldığı yerdə müasir “Neft muzeyi”nin yaradılması istiqamətində ciddi işlər aparır.