SƏRHƏDLƏRİ AŞARAQ: SPG VƏ EAGE LOCAL CHAPTER AZERBAYCAN TULUZA-DA, QLOBAL YER ELMLƏRİNİN MƏRKƏZİNDƏ

EAGE Annual 2025-də SPG və EAGE-nın Azərbaycan Yerli Şöbəsinin iştirakı – Qısa icmal

SPG və EAGE Local Chapter Azerbaijan 2–5 iyun 2025 tarixlərində Fransanın Tuluza şəhərində keçirilən EAGE İllik Konfrans və Sərgisində fəal iştirak edib. Komanda texniki sessiyalarda iştirak edib, beynəlxalq geologiya mütəxəssisləri ilə əlaqələr qurub və regional əməkdaşlıq və bilik mübadiləsini təşviq edən müzakirələrə töhfə verib. Bu iştirak Azərbaycanın geologiya icmasının qlobal EAGE şəbəkəsində görünürlüğünü daha da artırıb.

EAGE-nin bu ilki əsas mövzusu “Dəyişiklikləri İdarə Etmək: Dayanıqlı Keçidə Yer elmlerinin  Təsiri” (Navigating Change: Geosciences Shaping a Sustainable Transition) olub. Bu mövzu enerji keçidi prosesində yer elmlərinin və mütəxəssislərin dayanıqlı gələcək üçün oynadığı mühüm rolu vurğulayır.

Tədbir zamanı SPG stendini Azərbaycanın nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin geoloji cəmiyyətlərinin təmsilçiləri də ziyarət ediblər. Əhəmiyyətli görüşlər Avropa Geoloqlar Federasiyasının (EFG) vitse-prezidenti İris Vukoviç, HPC-AI Cəmiyyətinin prezidenti Dong Norton, həmçinin EAGE-nin Baş İnformasiya Direktoru Peter Verweij, EAGE Kiyev Servis Mərkəzindən Dmitry Bozhezha, SE Naukanaftogaz-ın baş mütəxəssisi Aleksandr Kiçka və digərləri ilə keçirilib.

Konfrans çərçivəsində “Yer Elmləri Dönüş Nöqtəsində: EAGE Local Chapter-lərdən Baxışlar” (Earth Science at a Crossroads: Insights from EAGE’s Local Chapters) adlı sessiyada Azərbaycan Yerli Şöbəsi də aktiv iştirak edib.

Sonuncu gün yeddi LC-lərin nümayəndəsi bir araya gələrək konfrans zamanı aparılan müzakirələri yekunlaşdırıb və yer elmelri icmasının gələcəyi ilə bağlı fikir mübadiləsi aparıb. Görüşə LC Niderlandın Prezidenti Dong Zhang moderatorluq edib.

Əsas müzakirə mövzularından biri yer elmlərinin qlobal çağırışlara – iqlim dəyişikliyi və xammal ehtiyatlarının idarə olunması kimi məsələlərə – öz töhfələrini cəmiyyətə daha effektiv şəkildə necə çatdıra biləcəyi olub. Nəticə kimi: hekayələşdirmə (storytelling) geoelmlərinin vacibliyini anlatmaq üçün əsas vasitədir.

LC Oslo-nun Prezidenti Aimie McSeveney vurğulayıb ki, artıq yalnız texniki bilik kifayət etmir. LC Paris-nin Prezidenti Hayet Serradji isə qeyd edib ki, geoloqlar texniki müzakirələrə rəhbərlik etsələr də, öz təcrübələrini geniş auditoriya ilə nadir hallarda paylaşırlar.

Müzakirələr zamanı bəzi universitetlərdə geologiya proqramlarının bağlanması məsələsinə də toxunulub, o cümlədən Vrije Universiteit Amsterdam universitetində Yer Elmləri proqramının dayandırılması qeyd edilib. Bu tendensiya Avropa ölkələrindən tutmuş Azərbaycana qədər müşahidə olunur – tələbələrin bəziləri yer elmləri əvəzinə bərpa olunan enerji və məlumatların emalı üzrə ixtisaslara üstünlük verir.

LC London-dan Tiexing Wang bu dəyişikliyin maliyyə məhdudiyyətləri və maraqların dəyişməsi ilə əlaqəli olduğunu bildirib. Buna baxmayaraq, sessiya yeni əməkdaşlıqlara və uğurlu təcrübə paylaşımına səbəb olub. LC Şərqi Çindən Haoxing Zhu ictimaiyyətlə birbaşa əlaqənin və düzgün kommunikasiya platformalarının seçilməsinin əhəmiyyətini vurğulayıb. LC Paris tələbələr üçün təşkil olunan şəbəkələşmə tədbirlərindəki müsbət təcrübələrini bölüşüb, LC Azərbaycan-dan Leyla Əlimuradova isə EAGE Günü (EAGE Day) və yerli təşəbbüslər vasitəsilə tələbələrlə sənaye arasında körpü qurmaq məqsədli layihələri təqdim edib.

Tədbirdə həmçinin Maren Kleemeyer (EAGE Təhsil üzrə Mütəxəssis) və Johannes Wendebourg (EAGE Neft və Qaz Geoelmləri Komitəsinin sədri) iştirak ediblər.

SPG adından EAGE Prezidenti Laura Valentina Soccoya təşəkkür nişanəsi olaraq hədiyyə təqdim edilib. Konfrans uğurla yekunlaşıb və iştirakçılar Yer elmlərinin icmasını gücləndirmək üçün yüksək motivasiya ilə tədbirdən ayrılıblar.

Scroll to Top