Hörmətli izləyicilər,
Bildirmək istərdik ki 11.02.2026 tarixində SOCAR-da NGC İB-nin İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Bu iclasda çox mühüm mövzular müzakirə olunmuş, qərarlar alınmışdır.
Belə ki, ilk növbədə 2025-ci ilin illik hesabatı təqdim olunmuş, daha sonra isə 2026-cı ilin fəaliyyət proqramı nümayış edilmişdir. O cümlədən, aprelin 18-19 keçiriləcək XXX Beynəlxalq Tələbə, Gənc mütəxəssislər Konfransı və Akademik Ə. Əlizadə adına 24 aprel keçiriləcək XIV Respublika Konfransı və tələbələr üçün nəzərdə tutulmuş seminarlar geniş şəkildə müzakirə olunmuşdur.
Eyni zamanda, xarici konfranslarda iştirakımızın da mühümlüyü qeyd olunmuşdur. Bunlar aprel ayında Qazaxıstanın Atırau şəhərində keçiriləcək Beynəlxalq Konfrans, Türkiyənin Ankara şəhərində keçiriləcək 78-ci Qurultay və İngiltərənin Aberdin şəhərində EAGE tərəfindən təşkil ediləcək növbəti Beynəlxalq Konfrans və Sərgidir.
Əlavə olaraq, “Azərbaycan Geoloqu” jurnalının 2 nömrəsinin buraxılışı danışılmışdır. Tələbələr üçün dərslik kitablarının dərci haqqında da müsbət qərar verilmişdir.

Scroll to Top