“Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi (“NGC” İB) cari ilin ilk rübündən başlayaraq tələbələrimiz üçün seminarlar təşkil etmişdir. “NGC” İB-nin sədr müavini, Yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov “Education and Training Services” MMC, SEG (Geofizika Mühəndisləri Cəmiyyəti) Tələbə bölməsi, ADNSU-nin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə ardıcıl seminarlara başlamışdır. ADNSU və UFAZ-da keçirilən seminarların mövzusu “Hədəf, Məqsəd, Uğur” və “Yataqların üçölçülü modelləşdirilməsi” olmuşdur. Hər iki seminar praktik məşğələlərlə keçirilmiş, 50-də çox tələbə və magistrların iştirakı təmin olunmuşdur. Seminarların sonunda fərqlənən və aktivlik nümayiş etdirən tələbələrə hədiyyələr təqdim olunmuşdur. Növbəti 19-20 aprel 2025-ci il tarixində ənənəvi XXIX Tələbə və Gənc Mütəxəssislərin Beynəlxalq Konfransı Cəmiyyət tərəfindən təşkil olunur. Tələbələrimizi bu Konfransa dəvət edirik, onları aktiv olmağa çağırırıq.

Scroll to Top