e-poçt: office@aspg.az
elaza.office.aspg@gmail.com

Elanlar

  • 1-3 noyabr 2017
    Xəzər regionunun geologiya xüsusiyətləri ətraflı
  • 12 -15 iyun
    Fransada keçirilən 79-cu EAGE-nin konfrans və sərgiətraflı
  • İbrahim Quliyev “Şöhrət” ordeni ilə təltif edilib ətraflı
  • 16 may 2017
    Learning session Theme: Wireline cables ətraflı
  • 19-22 aprel 2017
    Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı ətraflı
  • 17 noyabr 2016
    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında ANGC – nin geoloji kitabxanasının təqdimatı ətraflı

“Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin elmi bülleteni olan “Azərbaycan Geoloqu” jurnalı 1997–ci ildə təsis olunub və 30 aprel 1997–ci ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçirilib (şəhadətnamə N591).

Jurnalın Beynəlxalq qeydiyyat N İSSN 2410-4264.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atetestasiya Komisiyasının qərarı ilə Jurnal namizədlik və doktorluq dissertasiya işlərinin nəticələrinin çap olunmalı elmi nəşlərin siyahısına daxil edilmişdir.

Jurnal ildə 1 yada 2 dəfə çap olunur. 01.01.2017–ci ildə cəmi 20 nömrəsi çapdan çıxıb.

Jurnalın ilk baş redaktoru elmlər doktoru, professor Fikrət Babayev olub.

1999–cu ildən 15 il ərzində jurnalın baş redaktoru elmlər doktoru, professor, AMEA–nın müxbir üzvü Bağır Bağırov olub. 2014–cü ildən başlayaraq baş redaktor elmlər doktoru Akif Nərimanovdur.

“Azərbaycan Geoloqu” jurnalının tərkib məqalələrini idarə edən Beynəlxalq Redaksiya Heyetidir. Redaksiya heyetində müxtəlif illərdə bir sıra tanınmış xarici alimlər və mütəxəssislər iştirak ediblər, o cümlədən:

Con Villot (ABŞ), Canfranko Rinaldi(ABŞ), Unal Bayram (Türkiyə), Con Dolson(ABŞ), Vitaliy Oqar (Ukrayna), Viktor Oqar(Ukrayna), Qreq Rayli (UK), Qabor Tari (Avstriya), Georgiy Georgiyev ( Bolqarıstan), Entoni Spenser ( Norvec), Rey Leonard(ABŞ), Xilmar Rempel (Almaniya).

Azərbaycan alimlərindən Xamis Yusifov, Çingiz Xəlifəzadə, Firudin Hacıyev, Rahib Rəhmanov, Vaqif Qurbanov, Əhməd Salmanov Redaksiya heyətində olublar. Üç nəfər isə: Rəşid Cavanşir, İbrahim Quliyev və Akif Nərimanov artıq 20 il ərzində üzv olaraq qalıllar.

Redaksiya heyətinin məsul katibləri Arzu Cavadova, Samirə Nəzərova və Şəlalə Hüseynova olublar.

Bu günə olan Beynəlxalq Redaksiya Heyəti aşağıda göstərilən kimidir.

Əlaqə tel: (050) 3705453
E-mail: huseynova_shalala@yahoo.com
“Azərbaycan Geoloqu” elmi bülletendə ilk növbədə Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin üzvlərinin məqalələri çap olunub.

Çap olma qaydaları aşağıda verilib.