e-poçt: office@aspg.az
elaza.office.aspg@gmail.com

Elanlar

  • 1-3 noyabr 2017
    Xəzər regionunun geologiya xüsusiyətləri ətraflı
  • 12 -15 iyun
    Fransada keçirilən 79-cu EAGE-nin konfrans və sərgiətraflı
  • İbrahim Quliyev “Şöhrət” ordeni ilə təltif edilib ətraflı
  • 16 may 2017
    Learning session Theme: Wireline cables ətraflı
  • 19-22 aprel 2017
    Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı ətraflı
  • 17 noyabr 2016
    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında ANGC – nin geoloji kitabxanasının təqdimatı ətraflı

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 17 noyabr 2016 tarixində Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin geoloji kitabxanasının təqdimatı keçirilmişdi. Təqdimatı kitabxananın direktoru Leyla İmanova аçaraq geniş geologiya kitabxana materialların toplanıb və qorunmasında və bu materialların ən müasir saxlanılma, yayım və nəşr texnologiyalara malik kitabxanasına təhvil verilməsində Neftçi Geologlar Cəmiyyətinin bir qeyri hökümət ictimai təşkilatı kimi böyük rolunu qeyd etmişdir. Sonra söz ANGC – nin Rəhbər komitəsinin sədri Akif Nərimanova verildi. Akif Nərimanov Cəmiyyətinin kitabxanası haqqında məlumat verərək qeyd etdiki kitabların əksər hissəsi ingilis dilində, geologiya, geofizika, petroqrafiya ixtisaslarına aid olan kitablardır. Neftçi Geoloqları Cəmiyyətinin kitabxana fondu 1994-ci ildən yaradılıb, və onun bünövrəsini xarici şirkətlərin əməkdaşlarının şəxsi kitablarının Cəmiyyətə təmənnnasız hədiyyələri olub. 2015- ci il iyun ayına qədər kitabxanda geologiya elminə aid 2 500-dən yuxarı kitab, jurnal, video materialları toplanılmışdır. Cəmiyyətin idarə heyətinin iclasların birinin qərarını əsas tutaraq kitabxana fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasına kitablarını, jurnalları və video materiallarını kitabxanaya daimi saxlamaya təhvil verilməsi üçün cəmiyyət işçiləri tərəfindən müəyyən işlər aparılmış və orada “Yer elmləri” zalında yerləşdirilmişdir. Sözü davam etdirərək, akademik Hətəm Quliyev və Zöhhaq Abbasov öz çıxışlarında Cəmiyyətninn yaranma mənbələrini, təşkilatının ilk üzvləri olmalarını, Cəmiyyətin akademik və elmi işçiləri, maqistr və doktorantları, tələbə və sıravi neftçi geoloqları öz sıralarında birləşdirmiş bir ictimai təşkilat kimi formalaşmasını, və bu cür böyük kitabxana fondunun düzgün istifadə zərurətini qeyd etmişdilər. Tələbə bölməsinin koordinatoru Rəqsanə Əsgərova və ADNSU-nun “Sabah” qruppunun müəllimi Vüsalə Ağayevaya öz cıxışlarında tələbələrin bu kitablardan istifadə olunması böyük ehtiyacın olmasını bildirdilər. Təqdimatda Elmlər Akademiyasının Geologiya İnstitutunun elmi əməkdaşları, cəmiyyətin nümayəndələri, kitabxananın işçiləri fəal iştirak etmişdilər. Təqdimatın sonunda Leyla İmanova Əməkdaşlığın davamı olaraq növbəti addımda 1917- ci ildən bəri çap olunan kitab və digər jurnalların rəqəmsal şəklində təqdimatı barəsində məlumat verdi. Təqdimat yaradıcı və dostluq mühitində keçirilmişdi, eyni zamanda kitabxananın qapılarının hər zaman Respublikanın təhsil müəssələrinin tələbələr, magistrlar, doktorantlar tərəfindən istifadəsi üçün açıq olduğunu direktor Leyla İmanova öz çıxışında bildirdi. Daha sonra təqdimat iştirakcılar üçün kitabxanada ekskursiya təşkil olunmuş və kitabxananın texniki təchizat, fond materiallarından istifadə imkanları haqqında ətraflı məlumat verilmişdi.