e-poçt: office@aspg.az
elaza.office.aspg@gmail.com

Elanlar

  • 1-3 noyabr 2017
    Xəzər regionunun geologiya xüsusiyətləri ətraflı
  • 12 -15 iyun
    Fransada keçirilən 79-cu EAGE-nin konfrans və sərgi ətraflı
  • İbrahim Quliyev “Şöhrət” ordeni ilə təltif edilib ətraflı
  • 16 may 2017
    Learning session Theme: Wireline cables ətraflı
  • 19-22 aprel 2017
    Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı ətraflı
  • 17 noyabr 2016
    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında ANGC – nin geoloji kitabxanasının təqdimatı ətraflı

Fransanın Paris şəhərində keçirilən 79 – cu EAGE Konfransı və Sərgisinə ezamiyyət haqqında hesabat.

Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin İdarə Heyyətinin qərarı ( protocol 03.05.2017) əsasında EAGE – nin sayla 79 – cu olan Konfransı və Sərgisində iştirak etmək məqsədilə Paris şəhərinə ANGC – ti tərəfindən ezam olunmuşdur. Konfransın və Sərginin açılışı iyun ayının 12- də baş vermişdir. Lakin Rəsmi açılış mərasimindən əvvəl Avropa ölkələrinin Geoloji və Geofizika Cəmiyyətlərin və Assosiasiyaların Prezidentlərin görüşü keçirilmişdir.( saat 9.00 – 14.30 ). Görüşə EAGE – nin şöbə rəisi Roald Van Barselen sədrlik edirdi.Görüşdə iştirak edənlərdən 14 ( o cümlədən məndə ) nümayəndə çıxış edib, öz peşəkar Cəmiyyətlərinin fəaliyyəti barədə məlumat verib. Ətraflı müzakirələr aparılıb . Saat 16.00 rəsmi açılış mərasimi keçirilib və saat 18.00 sərgiyyə ilk baxış keçirilib. Sərginin işi iyulun 15–də 17.00 bitib. Sərgidə bir sıra nüfuzlu serviz şirkətləri peşəkar seminarlar, məruzələr və müzakirələr təşkil etmişdilər.

Rəsmi məlumata görə sərgidə təxminən 6,5 min nümayəndə iştirak edib. Sərgi salonunda ANGC – ti üçün də yer ayrılmışdır. ANGC – ti sərgidə 2017 – ci ilin 1 – 3 noyabr tarixlərində keçiriləcək Beynəlxalq Konfransı haqqında elan , öz fəaliyyəti barədə (o.cümlədən 19 -22 aprel tarixlərində keçirilmiş Beynəlxalq konfransı haqqında) materialllarını yaymış, yeni əlaqələr yaratmış ( Rumınıya , Mərakeş, Çin, Nigeriya, Moskvanın MDU –ti , VNİQNİ və b.)

Ayın 13 və 14 də Cəmiyyətimizin aktiv üzvləri olan Şəlalə Hüseynova və Leyla Şıxova tərəfindən edilmiş, elmi çıxışları zamanı çıxış etdim.

AMEA – nın Geologiya və Geofizika İnstitutunun director müavini Dadaş Hüseynovun çıxışını da dinlədim.

Sərgidən ANGC – nin kitabxanası üçün 3 kitab aldım və bir sıra elmi jurnallar və məlumat topluların əldə etdim və kitabxanaya təqdim etdim. Akif Nərimanov ANGC – nin Rəhbərlik Komitəsinin sədri.