02
03
04
05
01
  • 19-20 Aprel, 2024

    “NEFTÇI GEOLOQLARI CƏMIYYƏTI” İB VƏ AVROPA YER ELMLƏRİ ALİMLƏRİ VƏ MÜHƏNDİSLƏRİ ASSOSİASİYASININ AZƏRBAYCAN BÖLMƏSİ İLƏ  BİRLİKDƏ “ƏLA TƏHSİL-NEFTÇIXARMADA MÜVƏFFƏQİYYƏTİN RƏHMİDİR” ADLI XXVIII BEYNƏLXALQ TƏLƏBƏ VƏ GƏNC TƏDQİQATÇILAR KONFRANSI   19-20 APREL 2024 BAKI, AZƏRBAYCAN   Konfrans mövzuları: Tezis göndərmək üçün e-poçt ünvanları : secretaryofaspg@gmail.com and eagelcazerbaijan@gmail.com Tezislərin verilməsi üçün son tarix:29 March 2024 Daha ətraflı…

    ətraflı

  • 17 Fevral, 2024

    Geolayihələrin İdarə Olunması Qeydiyyatdan keçmək üçün: secretaryofaspg@gmail.com

    ətraflı

  • 19-20 Aprel, 2024

    Society of Petroleum Geologists and EAGE Local Chapter Azerbaijan Together organize the 28th International Conference of Students

    ətraflı

Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (2017-ci ildən «Neftçi Geoloqları Cəmiyyəti» İctimai birliyi kimi təsdiq edilmişdir) geologiya elminin tərəqqisinə, bu sahədə qabaqcıl elmi məlumatın yayılması və mütəxəssislərin elmi   səviyyələrinin artırılmasına kömək etmək məqsədilə birləşən geoloqların peşəkar qeyri-kommersiya təşkilatıdır. ANGC təsis olunması, 1993-ci ilin mart ayının 21-də 23 nəfərdən ibarət heyyətdə həyata kecirilmişdir. Bu ideyanı irəli sürmüş, AMOKO şirkətinin məsul işçisi cənab Jonn Dolsonun iştirakı ilə keçirilən iclasda rəsmi sürətdə elan edilmişdir.
1994-cü ilin iyun ayında ABŞ-ın Kolorado ştatının Denver şəhərində, «House of Delegates» iclasında Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin (ANGC) nümayəndələri rəsmi şəkildə iştirak etdilər. .



Elə həmin iclasda Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti Amerika Neftçi Geoloqları Assosiasiyasının rəsmi Azərbaycan Bölməsi kimi təsdiq edildi. Amerika Neftçi Geoloqları Assosiasiyası 1917-ci ildən fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrində 40-dan artıq bölməsi mövcuddur.

1996-cı ilin dekabr ayında ANGC Avropa Yer elmləri və Mühəndisləri Assosiasiyası ilə birgə əməkdaşlıq haqqında saziş imzalamışdır. Bu sazişə əsasən Cəmiyyətimiz tərəfindən aparılan fəaliyyət, məşhur Avropa Assosiasiyası ilə sıx bağlıdır. Avropa standartlarında və EAGE-nin aparılan beynəlxalq tədbirlərində iştirak etmişdir. ANGC öz fəaliyyətini Azərbaycanda aktiv çalışan EAGE-nin bölməsilə razılaşdırılmış qaydada birlikdə aparır. Bunun nəticəsidir ki, ardıcıl olaraq üç il-2010, 2011, 2012-ci illərdə NGC İB öz aktiv fəaliyyətinə görə Avropa geoloji cəmiyyətləri arasında 2-ci yerə, 2014, 2018-ci ildə isə 1-ci yerə layiq görülmüşdür.

Cəmiyyətin “28 May”, “Neft Daşları”, “Abşeronneft”, N.Nərimanov NQÇİ-də, Kompleks Qazma İşləri tresti, “Azneft” İB-nin aparatı, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bp şirkətində, AMEA Geologiya və Geofizika İnstitutunda, ARDNŞ-ın Geofizika  və Geologiya İdarəsində, ARDNŞ-ın baş ofisin apparatı, tələbə bölmələri ADNSU-də, Xəzər Universitetində, BDU-də fəaliyyət göstərir. Bununla yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlər, o cümlədən BP (Böyük Britaniya), TotalEnergies (Fransa), SOCAR-ın Azneft İB, Kompleks Qazma İşləri Tresti, Geofizika və Geologiya idarəsi, SOCAR-AQŞ, Gulf drilling və digərləri korporativ üzv kimi Cəmiyyətdə fəaliyyət göstərirlər.

 

Scroll to Top